Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO
Cəmiyyət
38
22:00, Bu gün

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah ramazan ayının doqquzuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 27-də imsak vaxtı saat 05:53-də, iftar vaxtı isə saat 18:43-dədir.

Fevralın 27-si üçün namaz vaxtları:

Sübh azanı 05:58
Zöhr azanı 12:54
Əsr azanı 16:46
Məğrib azanı 18:43
İşa azanı 19:44

Doqquzuncu günün imsak duasını təqdim edirik:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər