Bizi sosial şəbəkələrdən izləyin:
Aparıcı Vüsalə Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında ötən gün zaldakı şəxslərin mürgüləməsi ilə bağlı fotolara reaksiya verib.
Aparıcı, şəkilləri paylaşaraq bunları yazıb:
"Sonuncu dəfə nə vaxt belə yatmışam xatırlamıram. Dəyərli ağsaqqal və ağbirçəklərimizin dincəlmə vaxtıdır. Bərk-bərk yapışdıqları o kürsüləri çoxdan savadlı, layiqli gənclərə, gözəl gələcəyə təhvil verməli idilər".