Bizi sosial şəbəkələrdən izləyin:
Səhiyyə naziri Teymur Musayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB) baş verən kadr dəyişikliyi ilə bağlı məsələyə münasibət bildirib.
O bu barədə jurnalistlərə açıqlama verib. Nazir qeyd edib ki, qurumda həyata keçirilən hər hansı kadr dəyişikliyi barədə daha ətraflı məlumat birbaşa TƏBİB tərəfindən ictimaiyyətə təqdim olunacaq.
Onun sözlərinə görə, səhiyyə sistemində aparılan struktur və idarəetmə yenilənmələri planlı şəkildə davam etdirilir və qəbul olunan qərarlar xidmət keyfiyyətinin artırılmasına, idarəetmənin daha səmərəli təşkilinə xidmət edir.
Teymur Musayev vurğulayıb ki, səhiyyə sahəsində şəffaflıq və operativ məlumatlandırma prinsipləri əsas prioritetlərdəndir. /News24.az/