Bu yolda avtobus zolağı ləğv edildi
Cəmiyyət
38
13:05, Bu gün

Bu yolda avtobus zolağı ləğv edildi

Paytaxtın Moskva prospektində, "Şamaxinka" adlanan ərazidən Sumqayıt istiqamətinə gedən yolda hərəkətin təşkilində dəyişiklik edilib.
 
Moskva prospektinin sözügedən hissəsində avtobus zolağı ləğv edilib.
 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğuya cavab olaraq bildirilib ki, sözügedən ərazidə kiçik bir hissədə kəsişmənin buraxılıcılıq qabiliyyətinin artırılması məqsədilə avtobus zolağı ləğv edilib:
 
"Qeyd edilən bu kiçik hissədə işıqfor qoyulduğundan və növbəli keçid təmin olunduğundan avtobusların hərəkətinə maneə yaranmayacaq". /Unikal/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər