Cəmiyyət
158
20:15, Bu gün

"Tofiq müəllim iclasda yatmayıb, sənədlərə baxırdı" - AMEA-nın iclası ilə bağlı AÇIQLAMA

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Elmi mövzuların müzakirə olunduğu iclas zamanı diqqətçəkən məqamlardan biri də bəzi iştirakçıların diqqətinin yayındığı, hətta qısamüddətli mürgüləmə hallarının qeydə alınması olub. Bu görüntülər tədbirin məzmunundan kənar müzakirələrə yol açıb və ictimai diqqəti iclasın özündən daha çox zaldakı atmosferə yönəldib.

Bu formada şəkli çəkilənlərdən biri də AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru və Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi Tofiq Nağıyevdir.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin mətbuat katibliyi Modern.az-a açıqlama verib.

AMEA-nın vitse-prezidenti Tofiq Nağıyevin iclasda mürgüləmədiyini qeyd edən mərkəzin əməkdaşı direktorun aşağıya baxdığını bildirib: "Tofiq müəllim yerə, əlindəki kağıza baxırdı. Hamı gözün bərəldib tədbirdə oturub? İclasda gəlib kim 4 saat otura bilir? Bir də görürsən, bir adam saat yarım danışır. Maraqlısı olur, maraqsızı olur. İndi o şəkilləri müzakirə edənlər orada oturanların yazdığı 600 səhifəlik kitabı gəlib oxusunlar. Alimləri gedib elm və təhsil naziri Emin Əmrullayevdən soruşsunlar. Onların hər biri müəyyən sahələrdə ixtisaslaşıblar. O səviyyəyə çatmaq çətindir", - açıqlamada bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər