Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı
Cəmiyyət
74
11:55, Bu gün

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

Nazirlər Kabineti "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə 4 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 
Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin birinci müavini Anar Kərimovla əvəz olunub.
 
Qeyd edək ki, Azər Bayramov bir müddət əvvəl  iqtisadiyyat nazirinin müavini təyin edilib. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər