AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Cəmiyyət
49
09:28, Bu gün

AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

"Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək".
 
Bu barədə Moderator.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib:
 
"Akademiyanın rəhbərliyi bir daha Ramiz Ənvər oğlu Mehdiyevin dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir. Qeyd edək ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək. Belə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.
 
Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər