Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yeri dəyişdiriləcək.
Bununla əlaqədar saat 10.00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.