Cəmiyyət
54
22:15, Bu gün

"Quru torpağın üstündə yatırlar" - Ana və oğlu niyə acınacaqlı vəziyyətdə qalıblar? - VİDEO

Baku TV-nin qaynar xəttinə Kəngərli rayonunun Şahtaxtı kəndində yaşayan ana və oğulun daxmada yaşaması barədə məlumat daxil olub. Kənd sakinləri və qonşular onların reabilitasiya mərkəzinə və ya sığınacağa yerləşdirilməsini istəyirlər.

"Onlara baxan lazımdır. İki ildir su görmür, hamama girmirlər. Yəni vəziyyət çox pisdir. 15 ildən artıqdır ki, belə şəraitdə yaşayırlar. Evin qapısı və pəncərəsi yoxdur, onlar quru torpağın üstündə yatırlar", - qonşulardan biri söyləyib.

 

 

Kəngərli Rayon İcra Hakimiyyətindən bildirilib ki, 54 yaşlı Mirzəli Fətulla oğlu Babayev ikinci qrup əlildir, anası 85 yaşlı Meyxanım Həsən qızı Babayeva isə yaşa görə təqaüd alır. Onların yaşadıqları ev bərbad vəziyyətdədir və yaşayış üçün minimum tələblərə belə cavab vermir.

Evdə dəfələrlə yanğın hadisəsi baş verdiyi üçün elektrik və qaz xətləri kəsilib. Ailə Sosial Xidmətlər Agentliyi və Şahtaxtı kənd icra nümayəndəliyinin əməkdaşları tərəfindən dəfələrlə ziyarət olunub və onlara Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sosial xidmət müəssisələrinə yerləşdirilmələri tövsiyə edilib. Lakin ailə verilən təkliflərdən imtina edib.

Sonuncu ziyarət 2026-cı ilin fevralın 19-da Şahtaxtı kənd icra nümayəndəliyinin iştirakı ilə həyata keçirilib. Ziyarət zamanı ailəyə sosial xidmət müəssisəsinin fəaliyyəti və mahiyyəti izah olunub, həmçinin vətəndaşın həmin müəssisəyə müraciət etmək və orada yaşamaq hüququ olduğu bildirilib. Lakin vətəndaş Şahbuz rayonunda fəaliyyət göstərən sosial xidmət müəssisəsinə getməkdən imtina edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər