1700 abonentin qazı kəsiləcək
Cəmiyyət
55
22:07, Bu gün

1700 abonentin qazı kəsiləcək

Astaranın bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

"Astara şəhəri 28 May küçəsində yerləşən 33 mənzilli çoxmərtəbəli yaşayış binasına yeni çəkilmiş qaz xəttinin mövcud qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə, fevralın 25-də saat 14:00-dan etibarən işlər başa çatanadək şəhərin H.Əliyev prospekti, Qum, Azərbaycan, Nizami, Füzuli, M.Hüseynov və 28 May küçələri üzrə ümumilikdə 1 700 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qaz cihazlarının daim nəzarətdə saxlanılması və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması xahiş olunur",- məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər