Böyük təhlükə yaradan ev:
Cəmiyyət
90
21:55, Bu gün

Böyük təhlükə yaradan ev: "Hamısına demişik, maraqlanmırlar!" - VİDEO

Səbail rayonunda yaşayan sakinlərdən biri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, ərazidə baş verən sürüşmə hadisəsindən sonra ona məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, indiyədək müraciətinə baxılmayıb.

 

 

Ev sahibi qeyd edib ki, ərazidə ilk sürüşmə 2000-ci ildə baş verib: "Hazırda isə ev günü-gündən sürüşür. Divarlar daşla hörülüb, alt hissədən isə kanalizasiya suyu keçir. Günbəgün çatlar əmələ gəlir. Aidiyyəti qurumlara məlumat versək də, heç kim maraqlanmır".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı Regional Mərkəzinin əməkdaşları vətəndaşın müraciəti əsasında qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçiriblər. Baxış zamanı evin əsas yükdaşıyan divarlarında müxtəlifölçülü çatların yarandığı müşahidə olunub. Bunun da orada yaşayan sakinlər və tikilinin dayanıqlığı üçün təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunub ki, baxışın nəticələri ilə bağlı aidiyyəti üzrə yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər