Bu gənc xanıma nazirlikdə yüksək VƏZİFƏ verildi
Cəmiyyət
174
14:55, Bu gün

Bu gənc xanıma nazirlikdə yüksək VƏZİFƏ verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru vəzifəsi Zibeydə Bayramovaya həvalə olunub.
 
Moderator.az xəbər verir ki, o, bundan əvvəl Nazirlikdə İnsan resurslarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi olub.
 
Məlumat üçün bildirək ki, 2025-ci ildə yaradılan “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC əhali, dövlət və özəl qurumlara əlavə təhsil və İKT-nin tətbiqi xidmətlərini təqdim edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər