Azərbaycanla bu ölkələr arasında parlamentlərarası işçi qrupu yaradılır
Cəmiyyət
112
12:05, Bu gün

Azərbaycanla bu ölkələr arasında parlamentlərarası işçi qrupu yaradılır

Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
 
Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Bu Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsində öz əksini tapıb.
 
Qərar layihəsinə əsasən, işçi qruplarının sədrləri aşağıdakı deputatlar olacaq:
 
Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
 
Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
 
Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
 
Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;
 
Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə Qafarov Vasif Vaqif oğlu olacaq.
 
Məlumat üçün bildirək ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırkı rəhbəri Həsən Ramil Sahib oğlunun deputat mandatına 15 oktaybr 2025-ci ildə xitam verilib.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər