“Agentura şəbəkəsini açmaq buna görə olmaz” - Sabiq MTN polkovniki  
Cəmiyyət
295
15:05, Bu gün

“Agentura şəbəkəsini açmaq buna görə olmaz” - Sabiq MTN polkovniki  

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Kreml Azərbaycana qarşı informasiya hücumuna keçib, belə bir vəziyyətdə hüquq-mühafizə orqanları və cəmiyyət daha cəsarətli addımlar atmalıdır.
 
T. Zülfüqarov qeyd edib ki, hazırda hüquq-mühafizə orqanlarının təqdim etdiyi "ifşaedici materiallar" çox vaxt mətbuatda əvvəllər dərc olunmuş məlumatlardan ibarətdir. Onun sözlərinə görə, artıq daha köklü tədbirlərin görülməsinin vaxtı çatıb. Sabiq nazir kimin kim olduğunu cəmiyyətin bilməsi üçün keçmiş KQB arxivlərini açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən "beşinci kolon" üzvlərini göstərməyin vaxtının çatdığını deyib. Doğrudanmı bu addımı atmağın vaxtı çatıb? Bunun indiki vaxtda zərərləri və xeyirləri nədən ibarət olar?
 
Sabiq MTN polkovniki, təhlükəsizlk eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, “Beşinci kolon” xüsusi xidmət orqanlarının agentura şəbəkəsi olaraq qeydiyyatında olmur:
 
“Beşinci kolon” olan şəxslər barədə xüsusi xidmət orqanında məlumat ola bilir və onlar nəzarətdən kənarda saxlanmır. İkincisi, “beşinci kolon” yalnız Rusiya ilə bağlı deyil, İrana işləyənlər də “beşinci kolon” ola bilər, Azərbaycanın maraqlarını qərbin maraqlarına satmaq xidməti göstərənlər də “beşinci kolon” sayılır”.
 
İlham İsmayıl qeyd edib ki, arxivlərin açılması ilə agentura şəbəkəsinin açılması eyni anlayış deyil:
 
“Qanun şəxsin xüsusi xidmət orqanının agentura şəbəkəsində olub-olmadığını öyrənmək hüququnu yalnız həmin şəxsin ailə üzvünə verir. Məlumat isə yalnız o halda verilə bilər ki, şəxsin agentura şəbəkəsinə daxil edilməsinin üzərindən çox uzun müddət-on illərlə zaman  keçmiş olsun. Agentura şəbəkəsini açmaq qanunlara və xüsusi xidmət orqanlarının prinsiplərinə uyğun deyil. Bu, əməliyyat işinə zərər vuracaq addım olar. Sabah kim agentura şəbəkəsinə daxil olmağa razılaşar”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər