Ağdərənin 4 kəndinə köç karvanları yola salındı
Cəmiyyət
254
11:53, Bu gün

Ağdərənin 4 kəndinə köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç yola salınıb. Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailədə 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailədə 141 nəfər, Heyvalı kəndinə 17 ailədə 84 nəfər, Çapar kəndinə isə 7 ailədə 22 nəfər köçürülür.
 
Kəndlərə köç edənlər bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər