Cəmiyyət
251
10:43, Bu gün

"İstanbul NS" klinikası 20 min manat cərimələndi

"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.
 
Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyənləşib.
 
Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda ittiham olunub. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlbini qadağan edir.
 
Qərara əsasən, "İstanbul NS" klinikası 20 min manat məbləğində cərimə olunub.
 
Link kopyalandı!
Son xəbərlər