09:24
8°C
Bakı
Yerli vaxtla 05:07-də Şamaxı rayonunda 3.9 maqnitudalı zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qobustan stansiyasından 35 km cənub-qərbdə qeydə alınan təkanlar 2 km dərinlikdə meydana gəlib.
Zəlzələ episentrə yaxın yaşayış kəndlərində 4-3 bala qədər hiss olunub.
