Naxçıvanda dörd rayonunda içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq
Cəmiyyət
223
14:40, Bu gün

Naxçıvanda dörd rayonunda içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq

Naxçıvan Muxtar Respublikasının dörd rayonunun bir sıra qəsəbə və kəndlərində içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Plana əsasən, Sədərək rayonunun Heydərabad qəsəbəsi, Qaraağac və Sədərək kəndləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndlərində içməli su təchizatı və kanalizasiya şəbəkələri, həmçinin həmin rayonun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərində içməli su təchizatı şəbəkəsi qurulacaq.

Bundan başqa, Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub.

Eyni zamanda, içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi həyata keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər