15:49
11°C
Bakı
Azərbaycan Badminton Federasiyasında (ABF) baş katib vəzifəsinə yeni təyinat olub.
Moderator.az Sportnet.az-a istinadla xəbər verir ki, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.
Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.
2011-16-cı illərdə isə o, Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb.
İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.