Azərbaycanda boz ay BAŞLADI
Cəmiyyət
150
10:54, Bu gün

Azərbaycanda boz ay BAŞLADI

Azərbaycanda qışın ən soyuq hesab edilən dövrü - Kiçik çillə çıxıb.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin "oğlan çağı" - 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb.
 
Bu gündən - 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq. 
 
Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.
 
Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
 
Ona görə də Kiçik çilləyə "qışın oğlan çağı" da deyirlər.
 
"Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.  
 
Havanın dəyişkən keçməsinə görə Boz ay haqqında "Boz ay bozara-bozara keçər", "Boz ay boz sifətin göstərir" deyirlər.
 
Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar alovun üzərindən atılaraq ağırlıqdan xilas olur.
 
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
 
Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.
 
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər