19:13
8°C
Bakı
Ötən il ölkədə 59834 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
Moderator.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, ölənlərin 2292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.