Ötən il Azərbaycanda 100 mindən çox iş yeri açılıb
Cəmiyyət
167
16:43, Bu gün

Ötən il Azərbaycanda 100 mindən çox iş yeri açılıb

2025-ci il ərzində Azərbaycanda 102,5 min yeni iş yerləri açılıb.

Bu barədə Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, yeni açılmış iş yerlərinin 9,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 91,1 faizi qeyridövlət sektorunda açılmışdır. Yeni açılmış iş yerlərinin 76,5 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 22,8 faizi digər regionların, o cümlədən 6,6 faizi Abşeron-Xızı, 2,7 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz, 2,3 faizi Qarabağ, 2,1 faizi Gəncə-Daşkəsən, 1,7 faizi Şirvan-Salyan, 1,0 faizi Lənkəran-Astara, 1,0 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,8 faizi Şərqi Zəngəzur, 0,7 faizi Dağlıq Şirvan, 0,6 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər