19:09
8°C
Bakı
2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.