Bizi sosial şəbəkələrdən izləyin:
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban Göyüşov dəfn olunub.
Moderator.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Q.Göyüşov 1974-cü il iyunun 26-da Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 1992-ci il martın 12-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində itkin düşüb.