Sabah 21 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət
161
13:09, Bu gün

Sabah 21 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunudan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacaq
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər