ADSEA abonentlərin suallarını cavablandırıb
Cəmiyyət
172
11:03, Bu gün

ADSEA abonentlərin suallarını cavablandırıb

Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar.

Moderator.az xəbər verir ki, bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir.

“5 sual, 5 cavab” rubrikasının növbəti sual və cavablarını təqdim edirik:

- Sayğacın laboratoriya şəraitində yoxlanmasına görə ödəniş edilməlidirmi?

- Sayğac abonentin arzusu və ya təqsiri səbəbindən yoxlanıldıqda özünün, digər hallarda sukanal idarəsinin vəsaiti hesabına aparılır.

- Su təchizatı sisteminə qanunsuz qoşulma halı aşkar edildikdə dəymiş ziyan hansı müddətə hesablanır?

- Su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, "Sudan istifadə qaydaları"na uyğun olaraq itirilmiş suyun həcmi ötən 1 il müddətinədək hesablanır.

- Evimin bir hissəsində kommersiya fəaliyyəti ilə məşğul oluramsa, mənzilin sayğacından keçən su hansı tariflə hesablanmalıdır?

- Abonentin eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə uyğun aparılır.
Sahibkarlıq fəaliyyəti göstərilən hissədə istifadə olunan içməli və tullantı su xidmətinə görə rayon sukanal idarəsi ilə qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə bağlanmalı, mənzilin daxili su təchizatı xəttinin giriş hissəsində ayrılma aparılmalı və kommersiya obyektinə ayrılan xəttin uçot nöqtəsində (mənzilin sayğacından öndə ayrılan hissədə) istehlakçının hesabına müvafiq smart sayğac quraşdırılmalıdır.

- Sayğacın quraşdırılmasına görə ödəniş edilməlidirmi?

- İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs (əhali istehlakçı qrupu) olan istehlakçılara münasibətdə sukanal idarəsinin vəsaiti hesabına, hüquqi şəxs (qeyri-əhali istehlakçı qrupu) olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya sukanal idarəsi tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb edilməsi əsas deyil.

- Qüsurlu ödənişi necə bərpa edim?

- Şəxsiyyəti təsdiq edən sənəd, ödəniş qəbzi və smart kart ASAN kommunal mərkəzlərinə, yaxud aidiyyəti üzrə yerli sukanal idarəsinə təqdim edilməlidir.

Qeyd: İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “5 sual, 5 cavab” rubrikasında təqdim etdiyi birinci mətnin linki:

//isst.gov.az/news/0601202616 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər