Bakıda 26 dərəcə isti olub, güclü külək zəifləyib - FAKTİKİ HAVA
Cəmiyyət
161
10:42, Bu gün

Bakıda 26 dərəcə isti olub, güclü külək zəifləyib - FAKTİKİ HAVA

Fevralın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.
 
Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.
 
Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.
 
Link kopyalandı!
Son xəbərlər