19:17
8°C
Bakı
Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Feyzullayev Fərman Məhəmməd oğlunun qalıqları İsmayıllı rayonunun İstisu kəndində dəfn olunub.
Moderator.az APA -ya istinadən xəbər verir ki, əvvəlcə İsmayıllı rayonunun İstisu kəndində şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Feyzullayev Fərman Məhəmməd oğlu 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ ərazisində gedən döyüşlər zamanı itkin düşüb.