Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəlilabadda dəfn edildi
Cəmiyyət
391
14:22, Bu gün

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəlilabadda dəfn edildi

Cəlilabad rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib. 
 
Moderator.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci ildə oktyabrın 31-də Cəlilabad rayonunda anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
 
M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib.
 
Link kopyalandı!
Son xəbərlər