Azərbaycanda Ramazan ayı başlayıb - FOTO
Cəmiyyət
781
00:00, Bu gün

Azərbaycanda Ramazan ayı başlayıb - FOTO

Bu gün Azərbaycanda ramazan ayı başlayır.

Moderator.az xəbər verir ki, bu il hicri təqvimi ilə ramazan ayının 1-i miladi təqvimi ilə 2026-ci il fevralın 19-na təsadüf edir.

Qədr gecələri martın 8-dən 9-na keçən gecə, 10-dan 11-nə keçən gecə, 12-dən 13-nə keçən gecə və 16-dan 17-nə keçən gecə qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının ramazan ayının başlaması ilə bağlı fətvasında martın 20-də (1 şəvval) Fitr (Ramazan) bayramı olduğu bildirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Paklıq, barış və bağışlanma: On bir ayın sultanı ramazan başladı

Link kopyalandı!
Son xəbərlər