Ucarda yanğın 11 kəndi qazsız qoyub
Cəmiyyət
172
21:08, Bu gün

Ucarda yanğın 11 kəndi qazsız qoyub

Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb.

Moderator.az-ın xəbərinə görə, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb.

Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər