Ölüm halları ilə ad çıxaran Sabunçu Tibb Mərkəzinin direktoru İŞDƏN ÇIXARILIB?
Cəmiyyət
350
13:52, Bu gün

Ölüm halları ilə ad çıxaran Sabunçu Tibb Mərkəzinin direktoru İŞDƏN ÇIXARILIB?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri Vüqar Qurbanovun vəzifəsindən kənarlaşdırılmasından sonra onun bu sferadakı yaxın çevrəsi barədə də söz-söhbətlər səngimək bilmir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da işdən çıxarılıb.
 
Moderator.az oxu.az-a xəbər verir ki, uzun illər ölüm halları ilə ad çıxaran tibb mərkəzinin xanım direktoru işdən çıxarılmayıb, N.Bəşirova vəzifəsinin icrasını davam etdirir.
 
Qeyd edək ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər