Nişan pozularsa, qızıllar kimdə qalır? - VİDEO
Cəmiyyət
324
13:43, Bu gün

Nişan pozularsa, qızıllar kimdə qalır? - VİDEO

Azərbaycanda nişan mərasimi evliliyə aparan mühüm mərhələ hesab olunur. Nişanda həm oğlan, həm də qız tərəfinə verilən qızıl və digər zinət əşyaları adətən gənclərin gələcək ailə həyatına dəstək məqsədi daşıyır. Bəs toy baş tutmadıqda həmin zinət əşyalarının taleyi necə olur? Verilən qızıllar geri tələb oluna bilərmi?
 
Hüquqşünas Ramil Süleymanov bildirir ki, nişan zamanı verilən qızıl-zinət əşyaları konkret evlilik niyyəti ilə təqdim olunur. Əgər bu niyyət reallaşmırsa, tərəflər arasında əmlak mübahisəsi yarana bilər. Razılıq əldə edilmədiyi halda məsələ məhkəmə qaydasında həll edilir və hədiyyənin hansı məqsədlə verilməsi əsas götürülür. Bu baxımdan, nişanda verilən qızılların geri tələb olunması mümkündür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər