İnfokratiya... Memlər və termitlər - Etibar Əliyev xaricdəki blogerlərdən yazdı
Cəmiyyət
229
12:56, Bu gün

İnfokratiya... Memlər və termitlər - Etibar Əliyev xaricdəki blogerlərdən yazdı

Elmin populyarlaşdırılmasının görkəmli nümayəndəsi Riçard Doukinz insan geninin analoqu kimi, “mem” anlayışını düşündü və elmi dövriyyəyə daxil etdi. Memetika yarandı və genetikanın analoquna çevrildi.
 
“Mem” sözü yunan dilindən “kopyalamaq ” mənasını verir.
 
Mem yayıldıqca dəyişikliyə-mutasiyaya uğrayır. Mutasiya variantı orijinaldan həm üstün ola bilər, həm də əhəmiyyətsiz.
 
Doukinz maraqlı analogiya gətirir: Memin alınması üçün onun müxtəlif insanlardan ibarət auditoriyası olmalıdır. Və bunun ən yaxşı modeli İnternetdir! Doukinz: “İnternet memlər - mənasız və düşüncəsizlərdən təşkil olunurlar, ağılasığmaz templə çoxalırlar və tez də sönürlər”.
 
Son dövrlər biz tez-tez “infokratiya” anlayışına rast gəlirik. Bu anlayışın altında informasiya silah kimi istifadə olunur. Memlər –bu media viruslarıdır və çox böyük sürətlə yayılırlar. Şəbəkədə çoxalır və mutasiya olunurlar. Memlərin əsasında kommunikasiya dayanır, virus kimi yoluxucudurlar. Memlər rasional diskursa maneçilik törədirlər və ilk növbədə affekti səfərbər edirlər. Memlərin müharibəsi göstərir ki, rəqəmsal kommunikasiyada əsasən vizual obrazlara üstünlük verir. Burada mətn arxa plana keçir. Nə diskurs, nə də həqiqət viral ola bilməz. “Fake” informasiya sürətlə yayılır, zəhərləyir, nifrət və kin-küdurət dolu şərhlərə yol açır. Mehman Hüseynov, Emin Hüseynov, Qabil Məmmədov, İlqar Hacıyev, Tural Sadıqlı, Məhəmməd Mirzəlini və dişi mem Sevinc Osmanqızını bəyənənlər və onları dəstəkləyənlər mutasiya olunmuşlardır.
 
El dilində desək geni xarablardır. Bu şərəfsizlərin dəstəkçilərini həm də termitlər adlandırmaq olar.
 
Sosial şəbəkələrdə termitlər
 
Kimya üzrə Nobel mükafatı laureatı İlya Priqojin məqalələrinin birində yazıb: "Termitlərin davranışı koloniyaların ölçüsündən asılıdır. Məsələn, kiçik kaloniyalarda qarışqalar özlərini individualist kimi aparırlar: tapdıqları qidanı yuvalarına daşıyırlar. Koloniya böyüdükcə tamam başqa vəziyyət yaranır. Belə hallarda qarışqalar arasında avtokatalitik reaksiyaların nəticəsində kollektiv davranışın spontan strukturu yaranır: kimyəvi siqnallar sayəsində informasiya mübadiləsi baş verir. Təsadüfi deyildir ki, qarışqalar və termitlər böyük kalonlarda kor vəziyyətə düşürlər.
 
"Sosial şəbəkələrdə böyük termit kalonları yaranıb və böyük alimin təbirincə desək, kimyəvi siqnallarla bir-birilərini tapırlar.
 
İnfokratiya cəmiyyətində memlər və termitlər müəyyən müddətdən sonra yoxa çıxacaqlar. Bu viruslara qarşı mübarizəni genişləndirmək lazımdır. Ziyalılar termitlərin kimyəvi reaksiyalarından yayılan üfunəti dezinfeksiya etməlidirlər.
 
Bu işdə yaxasını kənara çəkənlər birmənalı olaraq qınanmalıdır.
 
Etibar Əliyev,
Sabiq deputat, təhsil üzrə ekspert
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər