Bakıda 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət
167
12:50, Bu gün

Bakıda 23 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər