Bakının bəzi ərazilərində qaz kəsiləcək
Cəmiyyət
260
10:20, Bu gün

Bakının bəzi ərazilərində qaz kəsiləcək

Xətai və Nizami rayonu üzrə bəzi ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, qaz tənzimləyici qovşağın quraşdırılması işləri ilə əlaqədar 18.02.2026-cı il saat 09:30-dan işlər başa çatanadək Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.Çobanzadə küçəsinin və NZS qəsəbəsində Yavar Səfərov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər