Yevlaxda minlərlə abonentin qaz təchizatı dayandırılacaq
Cəmiyyət
147
12:18, Bu gün

Yevlaxda minlərlə abonentin qaz təchizatı dayandırılacaq

Fevral ayının 19-da səhər saat 10:00-dan başlayaraq "Xaldan Əhali" ölçü qovşağından Yevlax rayonu ərazisində yerləşən 21 kəndin mavi yanacaqla təminatında fasilə yaranması nəzərdə tutulur.
 
Moderator.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq açıqlama yayılıb.
 
Qurumdan bildirilib ki, məhdudiyyət ümumilikdə 5 806 əhali və 38 qeyri-əhali kateqoriyasına aid abonenti əhatə edəcək.
 
Qeyd edilib ki, qaz təchizatının müvəqqəti dayandırılması qaz ölçü qovşağında mövcud olan baypas xəttində aparılacaq təmir işləri ilə əlaqəlidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər