Bizi sosial şəbəkələrdən izləyin:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.
Moderator.az bildirir ki, bu barədə Oxu.az-a N.Adıgözəlzadə özü məlumat verib.
O bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb:
"Artıq iki həftədir ki, öz xahişimlə işdən çıxmışam. Yeni işlə bağlı təklif almışam, yaxın vaxtlarda buna dair açıqlama verəcəyəm".