Bizi sosial şəbəkələrdən izləyin:
Fevralın 18-i saat 10:00-dan etibarən Ağcabədinin 12 kəndində ümumilikdə 5 964 abonentin mavi yanacaqla təminatının dayandırılması nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, qaz təchizatının dayandırılması Ağcabədi Qaz Paylama Stansiyasından Kəbirli kəndində yaşayış məntəqələrini qazla təchiz edən PE-250 mm-lik yeraltı orta təzyiqli daşıyıcı kəmərdə aşkar edilmiş sızmanın ləğv edilməsi üçün təmir işlərinin aparılması ilə bağlıdır.
Təmir işləri yekunlaşdıqdan dərhal sonra təbii qazın verilişi bərpa olunacaq.