Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bilgəh bağları elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.