TƏBİB-in sədri, vəzifəsindən uzaqlaşdırılan Vüqar Qurbanovdan İLK AÇIQLAMA
Cəmiyyət
715
18:20, Bu gün

TƏBİB-in sədri, vəzifəsindən uzaqlaşdırılan Vüqar Qurbanovdan İLK AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri Vüqar Qurbanov tutduğu vəzifədən kənarlaşdırılması barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Moderator.az xəbər verir ki, keçmiş icraçı direktor qeyd edib ki, qurumun Müşahidə Şurası tərəfindən qəbul edilən qərara hörmətlə yanaşır.

"TƏBİB-də çalışdığım müddət ərzində başlıca hədəfimiz əhaliyə təqdim olunan tibbi xidmətlərin səviyyəsini yüksəltmək olub. Bu işdə əziyyəti olan hər kəsə minnətdarlığımı çatdırıram", - deyə o, paylaşımında vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər