Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına müraciət tarixi 1 mart saat 18:00-dək uzadılıb.
Təqaüd proqramının əsas hədəfi gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, gənclərin potensialının üzə çıxarılması və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılması, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməkdir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiya əsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, bugünədək təqaüd proqramına 1300-dən çox müraciət daxil olub. Təqaüddən yararlanmaq istəyən 18-29 yaş arası və İT sahəsi üzrə baza biliklərinə sahib gənclər
//youthfoundation.az/taqaudproqrami/ linki vasitəsilə müraciət edə bilərlər.