Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ (YENİLƏNİB)
Cəmiyyət
493
15:12, Bu gün

Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ (YENİLƏNİB)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
 
Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
 
14:29
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
 
Moderator.az Bakupost.az-a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub.
 
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
 
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər