Xocalı, Hadrut və Qırmızı Bazara daha 60 ailə yola salındı - FOTO
Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyev-in tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu çərçivədə Xocalı şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç yola salınıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailə – 149 nəfər, Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 20 ailə – 91 nəfər köçürülüb.
Doğma torpaqlarına qayıdan sakinlər dövlətin hərtərəfli qayğısından məmnun olduqlarını bildirərək, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkürlərini çatdırıblar. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, köç edən ailələr müvəqqəti olaraq respublikanın müxtəlif yerlərində – əsasən yataqxana, sanatoriya və inzibati binalarda yerləşdirilən ailələrdir.