Sabah bu rayonlarda qaz olmayacaq
Cəmiyyət
287
12:15, Bu gün

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonların qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğrayan hissələrin təmiri məqsədilə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonlarında tam olaraq (ümumi 46071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatı dayandırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər