Bizi sosial şəbəkələrdən izləyin:
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”.
Moderator.az xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib.
Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir:
“Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib.
Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.