Ötən ay 4 minə yaxın şəxsə əlillik təyin olunub
Cəmiyyət
441
12:20, Bu gün

Ötən ay 4 minə yaxın şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 
Bildirilib ki, onlardan 1800 şəxsə ilkin, 2000 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
 
"Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
 
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər