Bizi sosial şəbəkələrdən izləyin:
"Mədəni İnkişafın Təbliği" İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” daxilində Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsinin icrasına başlayıb.
Moderator.az-a bu barədə "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ edib tanıtmaqdır.
Layihə çərçivəsində “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və azərbaycan modeli” adlı kitabın yazılması, ingilis dilinə tərcüməsi, çapı və təqdimatı nəzərdə tutulmuşdur. Kitab iki dildə (azərbaycan və ingilis dillərində) çap olunacaq.
Kitabın təqdimatında, həmçinin, Azərbaycanın tanınmış simaları, ziyalılar, şair və yazıçılar iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, layihənin icrasının 3 ay (01.02.2026-31.04.2026) müddətində Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.