İşarə verildi, bu şəxslər də həbs ediləcək
Cəmiyyət
310
12 Feb 2026 | 23:10

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizlik Xidməti Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi ilə bağlı bəzi təfərrüatı ictimaiyyətə açıqlayıb.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, açıqlanan təfərrüatda Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etdiyi, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərdiyi bildirilir.

Burada “Eldar Əmirov və digərləri vasitəsilə” ifadəsi işlədilmişdir ki, “digərlərinin” kimliyinə aydınlıq gətirilmir.

Bundan başqa, R.Mehdiyevin xarici xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxsinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə redaktə olunmuş nüsxənin göndərildiyi vurğulanır.

Bununla da Eldar Əmirovla birgə hərəkət edənlər, o cümlədən “Şərq-Qərb” ASC-nin əməkdaşlarının da bu cinayət işinə görə həbs olunacağı gözlənilir.

Link kopyalandı!
Son xəbərlər