Gənclərin hüquqi savadlılığının artırılmasına yönəlmiş “Hüquqla Güclən!” layihəsi keçirildi - FOTO
Cəmiyyət
345
21:50, Bu gün

Gənclərin hüquqi savadlılığının artırılmasına yönəlmiş “Hüquqla Güclən!” layihəsi keçirildi - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Hüquqla Güclən!” layihəsi gənclər arasında hüquqi savadlılığın artırılması məqsədilə həyata keçirilir. Layihənin rəhbəri İsmayıl Rizayevdir.

Layihənin əsas məqsədi məktəblilər və tələbələr arasında Konstitusiya, vətəndaş hüquq və vəzifələri, suverenlik anlayışı və hüquqi məsuliyyət barədə biliklərin gücləndirilməsi, onların gündəlik həyatda qarşılaşa biləcəkləri hüquqi məsələlər üzrə məlumatlandırılmasıdır. Layihə gənclərdə hüquqi düşüncə tərzinin formalaşdırılmasına və qanunlara hörmət prinsiplərinin təşviqinə xidmət edir.

Layihə çərçivəsində artıq bir sıra təhsil müəssisələrində maarifləndirici və interaktiv təlimlər təşkil olunub. Tədbirlər Zərifə Əliyeva adına liseydə, 23 nömrəli tam orta məktəbdə, 132–134 nömrəli təhsil kompleksində və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uğurla həyata keçirilib. Təlimlər zamanı iştirakçılara hüququn əsas anlayışları, Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, vətəndaş hüquq və azadlıqları, hüquqların müdafiə mexanizmləri sadə və anlaşılan dildə izah edilib.

Tədbirlər interaktiv formatda keçirilib, real həyat nümunələri əsasında müzakirələr aparılıb, iştirakçılarla açıq dialoq qurulub və onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Bu yanaşma gənclərin mövzunu daha dərindən mənimsəməsinə və hüquqi məsələlərə daha şüurlu yanaşmasına şərait yaradıb.

Layihənin ümumilikdə 3 ümumtəhsil məktəbində və 3 ali təhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulur. “Hüquqla Güclən!” layihəsi gənclərin hüquqi biliklərinin artırılmasına, onların cəmiyyətdə daha məlumatlı, məsuliyyətli və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər